RU

“Zəngəzur dəhlizi”nə nəzarət: Ağ Evə bir gündə doqquz fərqli operatordan zəng gəlib

Bu gün ABŞ-da, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağı mərasim keçiriləcək.

Publika.az xəbər verir ki, bu müqavilə Cənubi Qafqaz regionundan “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu”nu açacaq.

Tramp administrasiyasının yüksək rütbəli rəsmisi “NBC News”a bildirib ki, dünənki açıqlamadan sonra marşrutu idarə etməkdə maraqlı olan üç ABŞ şirkəti də daxil olmaqla doqquz fərqli operatordan zənglər alıblar.

"Bu, Amerika biznesinə və Avropadakı enerji təchizatına böyük təsir göstərəcək. Burada uduzanlar Çin, Rusiya və İran olacaq. Qalib Qərb olacaq", - yüksək səviyyəli administrasiya rəsmisi razılaşmadan əvvəl jurnalistlərə deyib.

Избранный
60
1
publika.az

2Источники