BAKI. 8 avqust. TELEQRAF
"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi "Şkendiya" Şimali Makedoniya Liqasında ilk tur matçına çıxıb.
Teleqraf xəbər verir ki, rəqib "Şkupi" komandası olub.
Tetovo şəhər stadionunda keçirilmiş görüş "Şkendiya"nın qələbəsi ilə yekunlaşıb - 5:1.
Qeyd edək ki, "Qarabağ" "Şkendiya" ilə ilk matçında 1:0 hesablı səfər qələbəsi qazanıb. Cavab görüşü avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.