RU

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi Şimali Makedoniya çempionatına böyükhesablı qələbə ilə başlayıb

"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi "Şkendiya" Şimali Makedoniya çempionatında 2025/2026 mövsümünə böyükhesablı qələbə ilə start verib.

"Report" xəbər verir ki, Tetovo təmsilçisi mövsümün açılış oyununda öz meydanında "Şkupi"yə 5:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, "Şkendiya" qitənin ən nüfuzlu klub turnirində "Qarabağ"a qarşı ilk matçda 0:1 hesabı ilə uduzub.Tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq. Pley-off mərhələsinə adlayan komanda “Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” cütünün qalibi ilə üz-üzə gələcək.

Избранный
35
4
report.az

7Источники