RU

Tətil planları “suya düşdü”

Fransada birgə tətil keçirməyi planlayan aktrisa Serenay Sarıkaya və müğənni sevgilisi Mert Demirin başına iş gəlib. 

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mert Dəmirin bu ölkəyə girişinə viza verilmədiyindən, Serenay Sarıkaya Fransaya tək uçmalı olub.

Səfərini təxirə salmayan Sarıkaya Fransanın cənub sahilindəki Nitsaya gedib.

Dəmirin viza problemini həll etdikdən sonra Fransaya gedəcəyi iddia olunur.

Избранный
7
1
qafqazinfo.az

2Источники