Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin avqustun 6-da baş verib. Kürdəmir rayon sakini Valeh həmin gün gecə saat 02 radələrində Kamalla sözlə mübahisə edib.
Aralarındakı sözlü mübahisə zamanı Kamal onun ünvanına xoşagəlməz ifadə işlədib.
Bu zaman Valeh qisas almaq niyyətilə özündə olan qayçı ilə Kamala bir dəfə vurub və müxtəlif dərəcəli bədən xəsarəti yetirib.
Hadisəni törədən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən məhkum ona elan olunmuş ittiham üzrə özünü təsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxsi təxminən 7-8 il olar tanıyır: “Ailə üzvlərim ilə əvvəllər Kamalın yaşadığı “Kubinka” adlanan məhəllədə yaşamışam və sonradan Binəqədi rayonu, Biləcəri qəsəbəsinə köçmüşəm. Buna baxmayaraq, köhnə məhəllə dostlarım, həmyaşıdlarım və məktəb yoldaşlarımın ad günləri, xeyir və şər məclislərində iştirak etmişəm. Zərərçəkmiş şəxs özü ilə də münasibətim yaxşı olub. Onunla aramızda zarafatlarımız, normal münasibətlərimiz olub. Mahiyyəti üzrə bildirib ki, “Pobeq” markalı moped ilə “Wolt” şirkətində kuryer işləyirəm və hər gün gecə saatlarınadək Bakı şəhərinin müxtəlif ərazilərinə sifarişlər çatdırmaqla işdə oluram”.
Təqsirləndirilən şəxs qeyd edib ki, avqustun 5-də, saat 23:30-da müştərinin sifarişini ünvana çatdırmaq üçün Nəsimi rayonu ərazisində yerləşən “Zabitlər Parkı”nın yaxınlığında idarə etdiyi “Pobeq” markalı mopedlə hərəkətdə olarkən mopedin benzini qurtarıb: “Sifarişin çatdırılmasının vacib olduğunu bilərək həmin vaxt parkda olan tanışım, köhnə məhəllə sakini Nihaddan bir neçə dəqiqəliyə mopedini mənə verməsini xahiş etdim və aparıb sifarişi ünvana çatdıraraq qayıtdıqdan sonra özünə qaytaracağımı bildirdim. Lakin Nihad mopedini mənə verməkdən imtina etdi. Mopedi mənə etibar etmədiyi üçün zarafatyana “get yat, uşaqların yatan vaxtıdır” məzmunda söz dedi. Mən də Nihaddan inciyərək “get işinlə məşğul ol” deyə cavab verdim. Bundan sonra kuryer işlədiyim proqramı bağladım və qardaşım Elçinə zəng edərək vəziyyəti ona danışdım. İdarə etdiyi avtomaşınla olduğum yerə gəlməsini xahiş etdim. Təxminən 20 dəqiqə sonra qardaşım Elçin idarə etdiyi “Tofaş” markalı avtomobili ilə olduğum yerə gəldi. Mopedi parkda saxlayaraq qardaşım ilə birlikdə yaxınlıqda yerləşən “Bolmart” marketinə gedərək su və şirələr aldıq. İçdikdən sonra Elçindən xahiş etdim ki, məni “Kubinka” deyilən ərazidə bulağın yanına düşürərək getsin. Bulağın yanına getməkdə məqsədim isə Nihadın atası Fuadın çox vaxt həmin ərazidə olması, Nihadın haqqında ona giley etməyi, yaxud Nihadın sözlərindən incimiş olmam halında buna görə ondan üzr istəmək istəyim olub. Qardaşım avtomobili bulaq deyilən yerin yaxınlığına sürdü. Bulağa çatmağa 200 metr qalmış Nihadın atası Fuadı gördüm, qardaşımdan avtomobili saxlamasını xahiş etdim. Elçin avtomobili Fuadın yanında saxladi. Mən avtomobildən düşərək Fuada yaxınlaşdım. Fuad mənə “nə olub yenə? Nihad ilə mübahisə etmisiniz, yoxsa Nihad sözünə baxmayıb?” deyə müraciət etdi. Mən isə Fuada Nihad ilə aramızda heç bir hadisə olmadığını, onunla dost olduğumu bildirdim. Bundan başqa Nihad ilə dost olduğum halda, yolda qalmama və ondan bir neçə dəqiqəliyə mopedini istəsəm də, mənə mopedini etibar etməməsini dedim. Bu mövzuda Fuadla təxminən 5 dəqiqə ərzində söhbət etdik. Sonra Fuadı qucaqlayaraq ondan ayrıldım və yaxınlıqda maşında məni gözləyən qardaşımın avtomobilinə getmək istədim”.
Valehin sözlərinə görə, avqustun 6-da, gecə saat 01:30-da tanıdığı, köhnə məhəllə uşağı Kamalın yanında iki nəfər cavan oğlanla söhbət edə-edə onların olduqları yerə tərəf gəldiklərini görüb: “Biz ümumi salam verib, hal-əhval etdik və keçmiş qonşu kimi bir anlığa ayaq saxlayaraq görüşdük. Kamal mənim Fuadla Nihadın barəsində danışdıqlarımı eşidərək nə baş verdiyini soruşdu. Kamala bu söhbətə yersiz müdaxilə etməsinə görə Nihadın atası Fuadın burada olduğunu, onunla söhbət etdiyimi, Kamalın müdaxiləsinin lazımsız olduğunu dedim. O, isə cavabımdan inciyərək məni “şapalaq” adlandırdı. Səsimi kəsməyimi, yekəbaş danışmamağımı bildirdi. Kamalın yanındakı uşaqların qarşısında məni təhqir etməsi və kobud danışmasına görə Kamala qarşılıqlı olaraq dediyi sözləri özünə qaytardım. Aramızda sözlü mübahisə yarandı. Kamal üzərimə gələrək əli ilə sinəmdən itələdi, ünvanıma xoşagəlməz ifadə işlətdi. Həmin vaxt cibiçdə olan, müştərilərin ünvanına sifarişlərin çatdırılması zamanı qutuların üzərindəki iplərin kəsilməsində istifadə etdiyim qayçını çıxardım. Qayçı ilə Kamalı vurmaq istədim. Bu zaman Kamal ayağını mənim ayağıma ilişdirdi və məni arxası üstə itələdi. Mən isə yerə yıxılmamaq üçün sol əlim ilə Kamalın paltarından tutdum və yerə yıxılmazdan əvvəl Kamalın döş qəfəsinə bir dəfə qayçı ilə vurdum. Həm özüm, həm də Kamal yerə yıxıldıq. Hər ikimiz dərhal ayağa qalxdıq. Kamal mənim üstümə deyil, yanıma yıxılmışdı və özü də ayağa qalxdı. Kamal ayağa qalxaraq əlləri ilə qabırğa üstünü tutdu və bükülərək dayandığından ona xəsarət yetirdiyimi başa düşdüm. Gözləmədiyim halda belə bir hadisənin baş verməsindən çox pis oldum. Kamalı xəstəxanaya aparmaq üçün Məhəmməd və Mirhüseynin köməkliyi ilə onu maşınına əyləşdirdik. Birlikdə Kamalı xəstəxanaya apardıq. Orada Kamala təcili tibbi yardım göstərildi. Onu vurduğum qayçının daxilə nüfuz etməklə ağır xəsarət yetirdiyim məlum oldu. Kamalın cərrahi əməliyyata alındığını bildim”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Valeh 3 il müddətinə azadlıqdan məhrum edilib.
Fariz Məlikli
Demokrat.az
10Источники
-
milli.azBakıda siqaret qohumları düşmən etdi: qaynını öldürdü, oğlunu döydü ( 20246853)
-
demokrat.azHəbsdən çıxan 23 yaşlı oğlan restoranda yeyib içdi, supermarketdə dava saldı ( 20245797)
-
demokrat.azHəbsdən çıxan 23 yaşlı oğlan restoranda yeyib-içdi, supermarketdə dava saldı ( 20245785)
-
demokrat.azAbşeronda 42 yaşlı kişi pul üstündə qonşusunu bıçaqladı ( 20244594)
-
lent.azBakıda siqaret qohumları DÜŞMƏN ETDİ: qaynını öldürdü, oğlunu döydü ( 20244399)
-
demokrat.azAbşeronda 42 yaşlı kişi pul üstündə qonşusunu bıçaqladı ( 20243655)
-
demokrat.azBakıda 40 yaşlı kişi sevgilisini küçədə döydü ( 20230404)
-
demokrat.azBakıda 40 yaşlı kişi sevgilisini küçədə döydü ( 20219301)
-
demokrat.azBakıda 35 yaşlı kişi arvadına xəsarət yetirdi ( 20216541)
-
demokrat.azBakıda arvadına qısqanclıq zəminində şiddət göstərən 38 yaşlı kişi həbs edildi ( 20156502)