RU

Paşinyan Vaşinqtonda Trampın xüsusi nümayəndəsi ilə görüşüb

Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkofla görüşüb..

Oxu.Az xəbər verir ki, Ermənistan hökumətinin başçısı görüşün görüntülərini sosial şəbəkədə yerləşdirib.

Ermənistan hökumətinin Mətbuat Xidmətinin məlumatına görə, görüşdə Ermənistan-ABŞ strateji münasibətlərinin inkişafı və gələcək addımlar ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin bu gün keçiriləcək yüksəksəviyyəli görüşlə bağlı məsələlər müzakirə edilib.

Qeyd edək ki, görüş Paşinyanın Trampla danışıqlarından və Azərbaycan prezidentinin iştirakı ilə üçtərəfli danışıqlardan bir neçə saat əvvəl baş tutub.
Bundan əvvəl Uitkof Vaşinqtonda Azərbaycan Prezidentİlham Əliyevlə görüşüb.

Poliqon.info

 

 

Избранный
13
1
poliqon.info

2Источники