Rusiya tərəfi Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Romada görüşünün keçirilməsinə qarşı çıxıb.
Qaziler.az-ın məlumatına görə, bu barədə “Corriere della Sera” qəzeti yazıb.
Nəşrin yazdığına görə, bu məkanın seçilməsi Moskvanın etirazına səbəb olub.
Yazıda qeyd olunur ki, Amerika lideri avqustun 11-də Romada sammitin keçirilməsi təklifi ilə İtaliyanın baş naziri Giorgia Meloniyə zəng edib. İtaliya hökumətinin başçısı ona razılığını bildirib, bir neçə saat sonra isə ABŞ dövlət katibi Marko Rubio Avropa ölkələri və Ukrayna nümayəndələrinin də iştirak etdiyi Milli Təhlükəsizlik Şurasının iclasında rəsmi olaraq belə bir təşəbbüslə çıxış edib.
“Corriere della Sera”ya görə, Ukrayna prezidenti Volodimir Zelenski görüşün Romada keçirilməsi təklifini dəstəkləyib. Lakin Rusiya nümayəndə heyəti İtaliyanı Ukraynaya həddindən artıq dəstək verən ölkə hesab edərək bu platformaya qarşı çıxıb.
QAZİLER.AZ