RU

Bu qədər azərbaycanlı ABŞ-də təhsil alacaq

Növbəti tədris ilində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində daha 66 azərbaycanlı gənc ABŞ-da təhsil alacaq.

Redaktor.az xəbər verir ki, onların 44-ü dünyanın ən nüfuzlu 10 universitetinin siyahısında yer alan ali təhsil müəssisəsinə qəbul olub.

Statistikaya görə, proqram iştirakçıları aşağıdakı universitetlərdə təhsil alacaqlar:

- Kaliforniya Universiteti, Berkeley (University of California, Berkeley) – 16 nəfər

- Kolumbiya Universiteti (Columbia University) – 14 nəfər

- Con Hopkins Universiteti (Johns Hopkins University) – 8 nəfər

- Stanford Universiteti (Stanford University) – 4 nəfər

- Çikaqo Universiteti (University of Chicago) – 4 nəfər

- Karnegi Mellon Universiteti (Carnegie Mellon University) – 4 nəfər

- Yale Universiteti (Yale University) – 4 nəfər

- Micigan Universiteti – Enn Arbor (University of Michigan-Ann Arbor) – 3 nəfər

- Massaçusets Texnologiya İnstitutu (Massachusetts Institute of Technology – MIT) – 2 nəfər

- Kaliforniya Universiteti - Los Anceles (University of California, Los Angeles – UCLA) – 2 nəfər

- Manhattan Musiqi Məktəbi (Manhattan School of Music) – 2 nəfər

- Pensilvaniya Universiteti (University of Pennsylvania) – 2 nəfər

- Harvard Universiteti (Harvard University) – 1 nəfər

- Duke Universiteti (Duke University) – 1 nəfər

Dövlət Proqramı çərçivəsində əvvəlki illərdə ABŞ-də təhsil alanların sayı belə olub:

- 2022/2023 – 26 nəfər

- 2023/2024 – 51 nəfər

- 2024/2025 – 109 nəfər

Qeyd edək ki, 2022/2023-cü tədris ilindən bu günə qədər 252 azərbaycanlı gənc ABŞ-dəki universitetlərə qəbul olub.

Избранный
23
23
redaktor.az

10Источники