RU

ABŞ Fələstini tanımaqdan imtina edib

ABŞ

Birləşmiş Ştatlar Fələstini tanımaq niyyətində olmadığını və radikal Fələstin hərəkatı HƏMAS-ın tamamilə məhv edilməsinin vacib olduğunu hesab etdiklərini bildirib.

Xalqcebhesi.az Reuters-a istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə görüşündə deyib.

Siyasətçi qeyd edib ki, Fələstində fəaliyyət göstərən hökumət olmadığı üçün Vaşinqton “Fələstin dövlətinin real tanınmasının nə demək olduğunu” başa düşmür. O, əlavə edib ki, ABŞ prezidenti Donald Tramp “məqsədlərini və Yaxın Şərqdə nəyə nail olmaq istədiyini çox aydın ifadə edib”.

"Birincisi, biz HƏMAS-ın İsraildə günahsız mülki şəxslərə hücum etməməsini təmin etmək istəyirik. Buna, HƏMAS-ın təsirinin tamamilə aradan qaldırılması ilə nail olunacağına inanırıq.İkincisi, ABŞ prezidenti Qəzzadakı humanitar böhranın dəhşətli təsvirlərindən dərin təsirlənib. Buna görə də, bu problemi həll etməyi prioritet hesab edirik", – deyə Vens yekunlaşdırıb.

Məryəm Quliyeva

Избранный
22
xalqcebhesi.az

1Источники