RU

Paşinyan Vaşinqtonda Uitkoffla ilə görüşdü

Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla görüş keçirib.

KONKRET.az xəbər verir ki, görüşdə Paşinyanın Donald Trampla nəzərdə tutulan danışıqları, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçiriləcək birgə müzakirələr öncəsi məsələlər müzakirə olunub.

Görüş, Paşinyanın ABŞ və Azərbaycan liderləri ilə görüşündən bir neçə saat əvvəl baş tutub.

Qeyd edək ki, Stiv Uitkoff daha öncə Vaşinqtonda Prezident İlham Əliyev ilə də görüş keçirmişdi. Bundan əvvəl isə o, çərşənbə günü Moskvada Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmışdı.

Natiq Səlim,
KONKRET.az

Избранный
26
23
konkret.az

10Источники