Hindistan Baş naziri Narendra Modi ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Modi X hesabında yazıb.
O, Putinlə ikitərəfli münasibətləri müzakirə etdiklərini və Rusiya liderini Hindistanda qəbul etməyi səbirsizliklə gözlədiyini vurğulayıb.