Rusiya Prezidenti Vladimir Putin Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığı aparıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Putin Modi ilə avqustun 6-da Moskvada ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffla söhbətin əsas nəticələrini bölüşüb.
Həmçinin liderlər iki ölkə arasında ticarət-iqtisadi və investisiya əməkdaşlığına dair fikir mübadiləsi aparıblar, ikitərəfli gündəlikdəki əsas məsələlər, o cümlədən ticarət-iqtisadi və investisiya əməkdaşlığı ətrafında da danışıblar.
Qeyd edək ki, avqustun 6-da ABŞ Hindistanın Rusiyadan neft və neft məhsullarını alması ilə əlaqədar 25% əlavə rüsum tətbiq edib. Beləliklə, ABŞ-yə idxal olunan Hindistan mallarına rüsumlar 50%-ə qədər artırılıb.