RU

"Fənərbağça"dan ayrılan Duşan Tadiçin yeni komandası bəlli olub

Bakı, 8 avqust, AZƏRTAC

Bu yay Türkiyənin "Fənərbağça" klubundan ayrılan serbiyalı futbolçu Duşan Tadiç karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi "Əl-Vəhda" komandasına keçib. Məlumatı klubun rəsmi saytı yayıb.

Təcrübəli oyunçu ilə 1+1 illik müqavilə imzalanıb. İddiaya görə, futbolçu yeni komandasında hər mövsüm üçün 7 milyon avro məvacib alacaq.

Qeyd edək ki, Duşan Tadiç karyerası ərzində Niderlandın "Qroningen", "Tvente" və "Ayaks" klublarında, həmçinin İngiltərənin "Sauthempton" komandasında da çıxış edib.

Избранный
92
2
azertag.az

10Источники