RU

İlham Əliyev sabiq prezidentin ölümü ilə bağlı başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniyanın Prezidenti Nikuşor Dana İon İliyeskunun vəfatı ilə bağlı başsağlığı verib. 

"Unikal" xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Rumıniyanın keçmiş Prezidenti, görkəmli dövlət xadimi İon İliyeskunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

İon İliyesku Azərbaycan Respublikası ilə Rumıniya arasında əlaqələrin təşəkkülünə və inkişafına, dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə böyük töhfə vermişdir. O, dəfələrlə Azərbaycana səfər etmişdir. Onunla görüşlərimi həmişə ən xoş təəssüratlarla xatırlayıram.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Rumıniya xalqına dərin hüznlə başsağlığı verirəm".

Избранный
24
50
unikal.az

10Источники