RU

“Bütün jurnalistlərimiz Vaşinqtondan gələcək xəbərləri “ayaq üstündə” gözləyir”

“Bu gün bütün jurnalistlərimiz Vaşinqtondan gələcək xəbərləri “ayaq üstündə” gözləməkdədir”.

Bunu Moderator.az-a açıqlamasında professor Cahangir Məmmədli bildirib. Professor qeyd edib ki, diplomatlarımız kimi jurnalistlərimiz də erməni faşizminə qarşı mübarizədə yaxından iştirak edib, sülhün əldə edilməsi üçün böyük əmək sərf edib:

“44 günlük Vətən müharibəsində ordumuz və diplomatlarımız kimi Azərbaycan jurnalistləri də düşmənə qarşı mübarizədə böyük igidliklər göstərdi, fədakarlıqlar sərgilədi. Həmin vaxt Müzəffər Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşən jurnalistlərimiz erməni faşizminin mahiyyəti, işğal faktı və ölkəmizin apardığı ədalətli müharibə ilə bağlı beynəlxalq ictimaiyyəti dolğun şəkildə məlumatlandırdı, Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında mühüm rol oynadı. Azərbaycan Mətbuat Şurası, eləcə də Moderator.az, APA.az, Qafqazinfo.az və digər informasiya agentlikləri bu məsələdə xüsusi fəallıq göstərir, çevik və obyektiv şəkildə həm daxili auditoriyanı, həm də beynəlxalq ictimaiyyəti mövcud həqiqətlərlə tanış edirdi. Bunlar yaxın tariximizin inkaredilməz həqiqətlərindəndir.

Prezident İlham Əliyevin 44 günlük Vətən mharibəsində xarici televiziyalara, media orqanlarına verdiyi onlarla müsahibə də dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynadı. Müzəffər Ali Baş Komandan həmin müsahibələrdə konkret faktlar, dəmir arqumentlərlə Ermənistanın tarixi cinayətlərini ifşa etdi, xalqımızın öz haqq işi uğrunda mübarizə apardığını məntiqi şəkildə əsaslandırdı.

Bu gün jurnalistlərimiz daha bir tarixi hadisəyə şahid olmaqdadır. Onlar Vaşinqtondan gələn xəbərləri böyük ümid və nikbinliklə gözləməkdədir.

Əminəm ki, müharibə dönəmində olduğu kimi, sülh dönəmində də jurnalistlərimiz dövlətimizə, xalqımıza sədaqətlə xidmət etməkdə davam edəcək, milli maraqlarımızı hər zaman olduğu kimi, bundan sonra da qətiyyətlə mdafiə edəcəklər”.

Seymur ƏLİYEV

 

 

Избранный
17
moderator.az

1Источники