RU

ABŞ-da təhsil alacaq azərbaycanlı tələbələrin – Sayı

Növbəti tədris ilində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində daha 66 azərbaycanlı gənc ABŞ-da təhsil alacaq.

Tribunainfo.az xəbər verir ki, onların 44-ü dünyanın ən nüfuzlu 10 universitetinin siyahısında yer alan ali təhsil müəssisəsinə qəbul olub.

Statistikaya görə, proqram iştirakçıları aşağıdakı universitetlərdə təhsil alacaqlar:

– Kaliforniya Universiteti, Berkeley (University of California, Berkeley) – 16 nəfər

– Kolumbiya Universiteti (Columbia University) – 14 nəfər

– Con Hopkins Universiteti (Johns Hopkins University) – 8 nəfər

– Stanford Universiteti (Stanford University) – 4 nəfər

– Çikaqo Universiteti (University of Chicago) – 4 nəfər

– Karnegi Mellon Universiteti (Carnegie Mellon University) – 4 nəfər

– Yale Universiteti (Yale University) – 4 nəfər

– Micigan Universiteti – Enn Arbor (University of Michigan-Ann Arbor) – 3 nəfər

– Massaçusets Texnologiya İnstitutu (Massachusetts Institute of Technology – MIT) – 2 nəfər

– Kaliforniya Universiteti – Los Anceles (University of California, Los Angeles – UCLA) – 2 nəfər

– Manhattan Musiqi Məktəbi (Manhattan School of Music) – 2 nəfər

– Pensilvaniya Universiteti (University of Pennsylvania) – 2 nəfər

– Harvard Universiteti (Harvard University) – 1 nəfər

– Duke Universiteti (Duke University) – 1 nəfər

Dövlət Proqramı çərçivəsində əvvəlki illərdə ABŞ-də təhsil alanların sayı belə olub:

– 2022/2023 – 26 nəfər

– 2023/2024 – 51 nəfər

– 2024/2025 – 109 nəfər

Qeyd edək ki, 2022/2023-cü tədris ilindən bu günə qədər 252 azərbaycanlı gənc ABŞ-dəki universitetlərə qəbul olub.

Избранный
27
23
tribunainfo.az

10Источники