RU

Əfqanıstandan Pakistana keçməyə çalışan 33 silahlı zərərsizləşdirilib

Pakistanın təhlükəsizlik qüvvələri Əfqanıstandan Pakistana keçməyə çalışan 33 nəfər silahlı şəxsi zərərsizləşdirib.

Bakues.az xəbər verir ki, bu barədə Pakistan ordusu məlumat yayıb.

Silahlıların Hindistan tərəfindən dəstəkləndiyi bildirilib.

Pakistan təhlükəsizlik qüvvələri silahlılara məxsus olan silah-sursat və partlayıcı maddələri ələ keçirib

Qeyd edək ki, Hindistan və Pakistan öz ərazilərində baş verən terror aktlarında adətən qarşı tərəfi günahlandırırlar.

Hər iki ölkə qarşı tərəfin əleyhinə terrorizmi dəstəklədiyini təkzib edir.

Избранный
27
1
icma.az

2Источники