RU

Hava şəraiti kəskin dəyişir: Bu tarixdən etibarən yağışlar başlayır - XƏBƏRDARLIQ

Uzun müddət davam edən isti hava şəraitindən sonra, avqustun 10-u, gündüz şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, ayın 12-dək fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə News24.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara, Dağlıq Şirvan bölgəsinin bəzi ərazilərində yağıntının lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eyni zamanda, Lənkəran-Astara bölgəsinin bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

Избранный
54
49
news24.az

10Источники