RU

Bakı-Qazax avtomobil yolunda təmir işləri aparılır - FOTOLAR

“Böyük İpək yolu”nun tərkib hissəsi olan M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunda təmir işləri aparılır.

"Cebheinfo.az" xəbər verir ki, əsaslı təmir işləri M2 magistralının 15-117 km-lik hissəsini əhatə edir.

Məlumata görə, hazırda təmir işləri yolun 97.7-ci km-dən 104.5-ci km-dək olan hissəsi üzrə icra olunur. Bu çərçivədə zəruri yerlərdə qazma və dolğu işləri aparılmaqla yeni torpaq yatağının inşası, deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması işləri yerinə yetirilir.

Texnoloji ardıcıllığa uyğun olaraq, daha sonra aşınma qatı olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi və hərəkətin normal təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

"Cebheinfo.az" 

Избранный
109
36
cebheinfo.az

10Источники