RU

Niyə bugünə qaldıq? - VİDEO

“Araz Naxçıvan” fiaskosunu izlədik. “Omoniya” bütün fazalarda onları üstələdi.

Komandamızı səhvlərə məcbur edirdilər.

Görünən odur ki, “Aris”lə oyunlardan sonra təmsilçimizi çox ciddi şəkildə təhlil ediblər.

Felipe Santos topla rahat 2-3 driblinq edə bilmədi. İmkan vermədilər.

Müdafiə olunmağımız isə daha bərbad idi. Mövqe sığortaları da böyük “0”!

“Sabah”ın isə pley-off şansı var. Ancaq son dəqiqədə “Levski”nin vurduğu qolda sanki müdafiəçilər yatmışdılar.

Həm də yerdə uzanaraq çox vaxt aparırdıq ki, bu da hakimin əlavə daha bir neçə dəqiqə etməsinə səbəb oldu”.

Bu açıqlama “Sportinfo TV”də yayımlanan “Avropa həftəsi” verilişində səsləndirilib.

Tanınmış jurnalist Elçin Cəfərovun və sabiq futbolçu Amit Quluzadənin təqdimatında yayımlanan verilişdə Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Araz Naxçıvan” – “Omoniya” (0:4), “Levski” – “Sabah ”matçları (1:0) barədə maraqlı fikirlər səsləndirilib.

Burada komandalarımızın növbəti tur şansları müzakirə olunub.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Избранный
53
4
sportinfo.az

10Источники