RU

Hindistan Rusiyadan neft idxalını yalnız bir şərtlə azalda bilər

Reuters agentliyinin məlumatına görə, Hindistan Rusiyadan neft idxalını azaltmağa hazır olduğunu açıqlayıb. Bununla belə, rəsmi Dehli alternativ olaraq digər ölkələrlə, o cümlədən ABŞ-la razılaşmalar imzalamağa da açıqdır. Lakin əsas şərt – enerji daşıyıcılarının Hindistan üçün qənaətbəxş qiymətlərlə təklif olunmasıdır.

“Hindistan tarif razılaşmaları çərçivəsində Rusiyadan neft idxalını azaltmağa hazırdır”, – deyə agentlik mənbəyə istinadən bildirib.

Qeyd edək ki, avqustun 8-də Rusiya, Hindistana neft ixracını davam etdirmək məqsədilə Urals markalı neftə Dated Brent göstəricisi ilə müqayisədə 5 dollar endirim təklif edib.

Analitik şirkət Kpler Ltd-nin fikrincə, bu endirim Avropa İttifaqının Rusiyaya qarşı sərtləşdirilmiş sanksiyaları və ABŞ tərəfindən mümkün yeni məhdudiyyətlər səbəbilə irəli sürülüb.

//Samir Qurbanov, Editor.az

Избранный
48
editor.az

1Источники