Türkiyənin Rizə şəhərindəki Yenişehir İdman Salonunda "Karadeniz və Hazar Ülkeleri Karate Şampiyonası" adlı yarış keçirilib.
Apasport.az xəbər verir ki, turnirdə Azərbaycan Karate Federasiyasının Naxçıvan Muxtar Respublikası üzrə nümayəndəliyindən 3 idmançı iştirak edib.
Onlardan Fatimə Bağırzadə (10-11 yaş, 50 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Xədicə Bayramova (10-11 yaş, 35 kq) bürünc medal qazanıb.
Qeyd edək ki, çempionatda Qaradəniz və Xəzər hövzəsinə aid ölkələrdən iki yaş kateqoriyasında 1000-ə yaxın idmançı mübarizə aparıb.
Bakıda “Zəfər Kuboku” turniri keçiriləcək
Karateçilərimiz Xorvatiyada iki bürünc medal qazanıblar - FOTO
Millimiz Dünya Kubokuna qatılacaq
Azərbaycan Karate Federasiyası 34 il sonra Xankəndi şəhərində
Karateçilərimiz Moldovada 6 medal qazanıblar