RU

“Oğlumu siyasətdə görmürəm, onu varisim adlandırmayın” – Lukaşenko

Oğlum Nikolayı siyasətdə görmürəm, onu varisim adlandırmayın.

Interpress.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “Time” jurnalına verdiyi müsahibədə deyib. O, 20 yaşlı oğlu Nikolayın böyük siyasətdə yer almayacağını bildirib.

Dövlət başçısı onu öz siyasi varisi kimi təqdim edən fikirləri də rədd edib.

“Zəhmət olmasa, onu mənim varisim kimi göstərməyin,” – Lukaşenko vurğulayıb.

Qeyd edək ki, Lukaşenko bu fikri ilk dəfə səsləndirmir. O, 2020-ci ildə də oğlunun siyasətə gəlməsini istəmədiyini və onu öz yerinə hazırlamadığını açıqlamışdı.

Müsahibə zamanı Belarus lideri həmçinin Rusiya Prezidenti Vladimir Putin, ABŞ-ın keçmiş prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə Minskdə danışıqlar təşkil etməyə hazır olduğunu da bəyan edib.

Bu arada Belarus Prezidenti Vladimir Putinlə növbəti dəfə görüş keçirib.

Xuraman Etibarlı

Interpress.az

Избранный
26
interpress.az

1Источники