RU

Rafael Fiziyev: "Çox həyəcanlıyam və günləri saymağa başlamışam"

UFC döyüşçüsü Rafael Fiziyev növbəti döyüşü ilə bağlı xəbəri şərh edib.
 
Moderator.az xəbər verir ki, bir müddət əvvəl azərbaycanlı döyüşçünün oktyabr ayında Rio-de-Janeyroda keçiriləcək turnirdə Çarlz Oliveyra ilə qarşılaşacağı məlum olub.
 
O, döyüşlə bağlı sosial şəbəkə hesabından azarkeşlərə səslənib.
 
"Siz də mənim qədər həyəcanlısınız? Ona görə də artıq döyüşədək günləri saymağa başlamışam".
 
Qeyd edək ki, Oliveyra son döyüşündə İlya Topuriyaya nokautla uduzub, Fiziyev isə Bakıda İqnasio Bahamondesə hakimlərin yekdil qərarı ilə qalib gəlib.
Избранный
132
1
moderator.az

2Источники