“AzerGold” QSC-nin törəməsi “Daşkəsən Dəmir Filiz” MMC audit xidmətləri üzrə birbaşa satınalma həyata keçirib.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, şirkətin seçimi “PraysvoterhausKupers Audit Azərbaycan” MMC olub.
Ona 172 516 manat ödəniləcək.
“Daşkəsən Dəmir Filiz” 2020-ci ildə yaradılıb.