RU

“Meta” AI məlumat mərkəzlərinin yaradılması üçün $29 milyard cəlb edib

“Meta” süni intellekt məlumat mərkəzlərinin yaradılması üçün təxminən 29 milyard dollar cəlb edib, bu barədə “Reuters” yazıb. Layihədə iki investisiya şirkəti iştirak edəcək: “Pimco” və “Blue Owl Capital”. “Bloomberg”in məlumatına görə, sövdələşmənin təşkilində “Morgan Stanley” iştirak edib.

Nəşr qeyd edir ki, sonrakı mərhələdə digər investorlar, o cümlədən “Apollo Global Management” və “KKR” layihəyə qoşula bilərlər.

“Meta”nın iri fondlarla tərəfdaşlığı şirkətə infrastruktura və süni intellektin inkişafına investisiyalarla bağlı riskləri və xərcləri bölüşməyə imkan verəcək. 2025-ci ilin iyul ayında “Meta” şirkətinin baş direktoru Mark Zukerberq şirkətin “Superintelligence Labs” bölməsi üçün yeni məlumat mərkəzlərinin tikintisinə “yüz milyardlarla dollar” sərmayə qoyacağını söyləyib.

Избранный
37
banker.az

1Источники