RU

Təcridxanaya kartofun içərisində telefon keçirməyə çalışan şəxs tutulub

Bakı.Trend:

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatınınəməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaqtəcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb.

Trend xəbərverir ki, bu barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətiməlumat yayıb.

Bildirilib ki, həbs olunmuş şəxs Ramil Mərdan oğlu Talıblıyaqohumu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman 2 ədədkartofun içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd mobil telefonaparatı və 1 ədəd elektrik qidalandırıcısı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarındasaxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və yaötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir dahavətəndaşların diqqətinə çatdırılıb.

Избранный
21
9
az.trend.az

10Источники