Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Özbəkistanın İstintaq Komitəsi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birlikdə Moskvada beynəlxalq terror təşkilatının hücrəsinin fəaliyyətini dayandırıb.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 9 əcnəbi radikalların koordinatorları Avropa İttifaqındandır. Onlar miqrant işçiləri işə götürürmüşlər.
Hücrə üzvləri gizli görüşlər keçirib, o cümlədən "Telegram"da videokonfransdan istifadə edərək, miqrantlara “qlobal xilafət” yaratmaq doktrinasını öyrədib və onları terror fəaliyyətlərinə cəlb ediblər.
Faktlarla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.