Yelisey Sarayı xarici borc burulğanında
Hazırda Fransa tarixinin ən pis dönəmindən keçir, desək, yanılmarıq. Ölkə tarixi ənənələrini itirməklə sürətlədemokratiyadan, bərabərlik və qardaşlıq prinsiplərindənuzaqlaşmaqdadır. Prezident Makronun 2018-ci ildən bəriapardığı səmərəsiz xarici siyasət kursunun məntiqi nəticəsiolaraq Fransanın beynəlxalq nüfuzu getdikcə aşağı düşür. Ocümlədən Fransanın son 500 il ərzində ən qəddar şərtlər altındadavam etdirdiyi müstəmləkəçilk siyasəti laxlayıb. Artıq dahaçox müstəmləkə ərazilərində aborgen xalqlar Yelisey Sarayınınidarəçiliyinə daha qətiyyətlə “yox” deyirlər. Təkcə son vaxtlardabir neçə müstəmləkə ərazisi qətiyyətli mübarizədən sonraParisdən asılılıqdan yaxa qurtarmağa nail olub. Yeni Kaledoniyahələlik bu sırada sonuncu olsa da, Afrikada, dənizaşırı ərazilərdəyeni inqilab dalğası barədə xəbərlər gəlməkdədir.
Makron iqtidarı isə bu dalğanın qarşısını almaqda acizdurumdadır ki, bu da, eyni zamanda, ölkə daxilindəki açınacaqlıvəziyyətlə şərtlənir. Belə demək mümkündürsə, indi hakimkomandanın başı daxili gərginlikləri aradan qaldırmaq üçünyollar axtarmağa qarışıb. Tunelin sonunda isə işıq görünmür.
Hökumətdən kədərli etiraf...
Hər bir ölkənin gücü onun milli iqtisadiyyatına bağlıdır. Lakin bu gün Fransa Avropa liderliyi iddialarında bulunsa da, ölkənin tənəzzül yaşayan iqtisadiyyatı belə iddialara adekvatdeyil. Bu günlərdə baş nazir Fransua Bayru milli iqtisadiyyatındurumu və ölkənin xarici borcu ilə əlaqədar son dərəcə kədərlietirafları dilə gətirib. “Fransa çətin iqtisadi vəziyyətdədir, ölkənin dövlət borcu hər saniyə 5 min avro artır”. Bunu başnazir özünün yutub kanalında yayımlanan vətəndaşlaravideomüraciətində deyib. Onun sözlərinə görə, ölkənin dövlətborcu artıq 3,4 trilyon avroya çatıb. “Bu, təsəvvür etmək beləçətin olan bir məbləğdir”, - deyə Bayru vurğulayıb.
Baş nazir həddindən artıq borcları Fransa iqtisadiyyatı üçünəsas təhlükə adlandırıb və xərclərin azaldılmasına yönəlmiştəcili tədbirlərin görülməsinin vacibliyini açıqlayıb. O, həmçininFransanın dövlət borcuna xidmət xərclərinin sürətlə artmasınadiqqət çəkib. “2026-cı ildə borcun faizlərinin ödənilməsixərcləri 8 milyard avro artacaq. 2027-ci ildə isə heç bir işgörülməsə, daha 10 milyard avro olacaq. Əgər biz heç nəetməsək, 2029-cu ilə qədər bu xərclərin məbləği ildə 100 milyard avroya çatacaq”, - deyə hökumət başçısı qeyd edib. 2024-cü ildə borcun xidmət dəyəri 59 milyard avro təşkil edib.
Aparıcı müdafiə sənayesi şirkətinin gəlirləri azalıb
Xarici borcun hədsiz dərəcədə artması fonundaiqtisadiyyatın ayrı-ayrı sahələrində tənəzzül meyllərininmüşahidə edilməsi Fransanın digər bir kədərli reallığıdır. Xariciborcun davamlı şəkildə artması investorlarda dövlətə inamısarsıdır və beləliklə də, ölkədə işgüzar mühitə mənfi təsirgöstərir.
Məlumdur ki, Fransa iqtisadiyyatının aparıcıistiqamətlərindən birini hərbi sənaye təşkil edir. Ancaq artıqtənəzzül bu sahəyə də nüfuz edib. Belə ki, Fransanın aparıcımüdafiə sənayesi şirkəti “Thales” Paris birjasında 6 faizlik dəyəritkisi ilə üzləşib.
“Thales”in səhmlərinin azalması törəmə şirkəti olan “NavalGroup”a qarşı həyata keçirilmiş kiberhücum, eyni zamanda, Amerika Birləşmiş Ştatları (ABŞ) və Avropa İttifaqı (Aİ) arasında bağlanmış silah alışına dair siyasi razılaşma iləəlaqələndirilir.
Qeyd edək ki, Aİ Rusiyanın yaratdığı təhlükə fonundahərbi büdcəsini əhəmiyyətli dərəcədə artıracağını bəyan edib. Bu, “Thales” kimi şirkətlər üçün müsbət siqnal idi. Lakin Aİ-ninABŞ-dan silah alacağına dair bəyanatı avropalı istehsalçılarıngözləntilərinə mənfi təsir edib.
“Thales” güclü fundamental əsaslara malik olsa da, buşirkətin qısa müddət ərzində böyük itkilərlə üzləşə biləcəyiistisna deyil. Dövlətin şirkətə dəstək vermək imkanları isə sıfırabərabərdir.
Sərt qənaət rejimi çıxış yolu deyil - ölkədə sosial narazılıqlar artır
Ölkəni böhran vəziyyətindən çıxarmaq üçün iqtisadialətlərdən istifadə olunmalı, islahatlar aparılmalıdır. Bayruhökuməti isə çıxış yolunu yenidən sərt qənaət rejiminəkeçməkdə görür. Qeyd edək ki, Fransa hökuməti 2026-cı ildəbüdcə kəsirini 4,6 faiz səviyyəsinə endirməyi planlaşdırır, lakinbunun üçün 40 milyard avro qənaət etmək lazım olacaq. Buxüsusda fikirlərini ifadə edən Fransanın iqtisadiyyat, maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Erik Lombar BFMTVtelekanalına müsahibəsində bildirib: “Bizim 3 trilyon avrodançox dövlət borcumuz var və hər il kreditorlara daha çox məbləğödəməli oluruq. Beləliklə, büdcə kontekstində artıq fövqəladəvəziyyətdəyik. Keçən il kreditorlara 50 milyard avrodan çoxvermişik, bu il isə 70 milyard avrodan çox olacaq. Bu, müdafiəbüdcəsindən xeyli çoxdur. Buna görə də borcusabitləşdirməliyik, bunun üçün isə büdcə kəsirini azaltmaqlazımdır”.
Hökumət büdcə kəsirlərini xərcləri azaltmaq və sərt qənaətrejiminə keçməklə azaltmağı hədəfləyib ki, bu da ölkə boyuncasosial narazılıqların artması ilə müşayiət olunur. Baş nazirinyüksək inflyasiya, artan işsizlik və dövlət borcunun rekordsəviyyəyə çatması fonunda “ədalətli və məsuliyyətli büdcə” kimi ümumi və qeyri-müəyyən fikirləri sadəcə populist ritorikakimi qəbul edilir. Bayru iddia edir ki, büdcə həm qənaətcilolmalı, həm də sosial xidmətlərə investisiyanı artırmalıdır. Amma bu iki məqsədi eyni anda həyata keçirmək, xüsusiləindiki böhran şəraitində, demək olar ki, mümkünsüzdür. Ənnarahatedici məqam isə Bayru hökumətinin siyasi zəifliyini vəparlamentdə əksəriyyətin olmamasını nəzərə almaması və cidditəhlil aparmamasıdır. Aydın şəkildə başa düşülür ki, Bayrununkompromis və dialoq çağırışları artıq reallıqla adekvat deyil. Buna görə də cəmiyyətin geniş təbəqələri narazıdır, etirazlarartır. Belə bir şəraitdə Makronun komandasının “birlik vəanlayışa” çağırışı heç bir halda batan gəmini xilas edə bilməz.
Son günlərdə yeni hökumətin bəyan etdiyi büdcə planınaqarşı etirazlar cəmiyyətin müxtəlif təbəqələrini əhatəetməkdədir. Baş nazirin iyulun 15-də təqdim etdiyi büdcəislahatları sosial şəbəkə seqmentində geniş narazılıq yaradıb. Xüsusilə “X” platformasında sentyabrın 10-dan etibarən ölkədətam və müddətsiz tətilə başlanılması ilə bağlı çağırışlaryayımlanır. Yerli mətbuatın yazdığına görə, bu təşəbbüsə solçuqruplar, eləcə də sağçı və ifrat sağçılar da qoşulub.
MÜBARİZ