RU

Tesla Dojo superkompüterində işləməyi dayandırır, komandanı dağıdır

ABŞ-ın Tesla şirkəti Dojo superkompüterini hazırlayan komandanı dağıtmaq qərarına gəlib və onun lideri də şirkətdən ayrılacaq...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg daxili mənbələrə istinadən məlumat yayıb.

"Dojo layihəsinə rəhbərlik edən Piter Bannon gedir və baş direktor İlon Mask təşəbbüsün məhdudlaşdırılmasını əmr edib", deyə agentlik qeyd edib.

Agentliyin mənbələri bu layihədə çalışan 20 əməkdaşın bir müddət əvvəl başqa şöbələrə təyin olunduğunu bildirib.

Bloomberg-in məlumatına görə, Tesla xarici texnoloji tərəfdaşlardan, o cümlədən hesablama həlləri üçün Amerikanın Nvidia və Advanced Micro Devices şirkətlərindən, həmçinin çip istehsalı üçün Samsung Electronics-dən asılılığını artırmağı planlaşdırır.

Dojo superkompüteri Tesla tərəfindən şirkətin elektrik avtomobillərinin avtopilot və tam avtonom idarəetmə funksiyalarının əsasını təşkil edən süni intellekt modellərini, həmçinin insanabənzər robot Optimus-u öyrətmək üçün hazırlanmış sistemdir. Amerika maliyyə konqlomeratı Morgan Stanley-in analitikləri hesab edirdilər ki, Dojo şirkətin kapitallaşmasını 500 milyard dollar artırmaq potensialı ilə Tesla üçün əsas rəqabət üstünlüyünə çevrilə bilər.

Poliqon.info

Избранный
92
50
poliqon.info

10Источники