Həftəsonu keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI
Bu həftəsonu Avropanın bir çox yaşıl meydanları maraqlı futbol oyunlarına ev sahibliyi edəcək.
Demokrat.az xəbər verir ki, İngiltərənin "Arsenal" klubu "Atletik Bilbao" ilə Emereyts Kubokunun final matçında üz-üzə gələcək.
İtaliya Kubokunun təsnifat mərhələsində isə "Entella" ilə "Ternana", "Padova" ilə "Visensa", "Avellino" ilə "Keriqnola", "Peskara" ilə "Rimini" klubu qarşılaşacaq.
Yeni mövsümə start verən Türkiyə Superliqasının I turunun ikinci oyun günündə "Samsunspor" "Gənclərbirliyi" ilə, "Antalyaspor" "Kasımpaşa" ilə, "Rizespor" "Göztəpə" ilə, "Eyüpspor" "Konyaspor" üz-üzə gələcək.
Qeyd edək ki, "Fənərbağça", "Başakşəhər" və "Beşiktaş" klublarının I tur oyunları avrokuboklar səbəbindən təxirə salınıb.