"Barselona"nın futbolçusu İnyiqo Martinez "Əl-Nəsr"ə keçir.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
34 yaşlı müdafiəçi Səudiyyə Ərəbistanı klubu ilə 1+1 illik müqavilə imzalayavaq. O, Kataloniya klubu ilə müqaviləyə xitam verərək azad agent statusunda "Əl-Nəsr"ə keçəcək.
Qeyd olunur ki, İnyiqo Martinezin "Barselona" ilə müqaviləsində Səudiyyə Ərəbistanı klublardan təklif gələrsə, sözləşməyə xitam vermək hüquqa malik olduğu ilə bağlı bənd var idi.