RU

İmişlidə yol qəzasında ölüm hadisəsinə görə sürücüyə cəza verildi

İmişli Rayon Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Zaur Həsənovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Pirverdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.


İttihama görə, hadisə 9 yanvar 2025-ci il tarixdə, saat 23:30 radələrində İmişli-Kürdəmir yolunda, İmişli rayonunun Əlyetməzli kəndində qeydə alınıb.


Belə ki, Zaur Həsənov İmişli rayonu, Əliyetməzli kəndindən İmişli rayonu, Telişli kəndi istiqamətində getməkdən ötəri Ağsu-Kürdəmir-Mincivan magistral yolunda idarə etdiyi “Mercedes” markalı avtomobil ilə hərəkətə olarkən "Ford Transit" markalı maşınla toqquşub. Nəticədə “Mercedes”in sərnişini Ə.Mehdiyev bədən xəsarəti alıb. Daha sonra yaralı aldığı xəstəxanada dünyasını dəyişib.


Kamal Məmmədov 

Tarix: 8 Avqust 2025, 08:33   
Избранный
9
pravda.az

1Источники