RU

Almaniyada kansler Mertsin reytinqi 10 faiz azalıb

Bakı. Trend:

Almaniyada ARD televiziyasının apardığı rəy sorğusuna görə,kansler Fridrix Mertsə dəstək ötən aya nisbətən 10 faiz azalaraq32%-ə düşüb.

Trend-in “Zeit”qəzetinə istinadla verdiyi məlumata görə, sorğuda iştirak edənlərin65%-i kanslerin fəaliyyətindən narazı olduğunu bildirib.Respondentlərin 26%-i kanslerə güvəndiyini, 66%-sı isə etibaretmədiyini qeyd edib.

Hökumətin digər üzvlərinin də reytinqləri aşağıdır:

Xarici işlər naziri Yohan Vadefulda – 31%

Maliyyə naziri Lars Klinqbaylda – 30%

Daxili işlər naziri Aleksander Dobrindt və əmək naziri BerbelBasda – hər biri 26%

Ən populyar siyasətçi 60% dəstəklə müdafiə naziri BorisPistorius olub. Onu 38% səslə Bavariyanın baş naziri Markus Söderizləyir.

Respondentlərin yalnız 29%-i hökumətin fəaliyyətindən razıolduğunu bildirib ki, bu göstərici ötən ayla müqayisədə 10% azdır.Hökumətin fəaliyyətindən narazı olanların sayı isə 69%-ə yüksəlmiş,bu da əvvəlki aya nisbətən 15% çoxdur.

Избранный
93
az.trend.az

1Источники