RU

Azərbaycan Prezidenti ABŞ səfərində - NƏLƏR OLACAQ?

Əməkdaşlıq tərəfdaşlığa çevrilir

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri bir çox cəhətdən tarixi əhəmiyyət kəsb edir.

Səfər çərçivəsində imzalanacaq sənədlər onun tarixi əhəmiyyəti ilə bağlı mühüm mesajlar verir.

Bu səfər ABŞ-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına zəmin yaradır.

Belə ki, artıq əməkdaşlıq strateji tərəfdaşlığa doğru irəliləyir.

Strateji İşçi Qrupu yaradılır

Bunun əsas göstəricisi isə səfər zamanı imzalanacaq “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu”dur.

Bu Memorandumla yeni Strateji İşçi Qrupu yaradılır

Strateji İşçi Qrupu Azərbaycan-ABŞ strateji tərəfdaşlığı üç istiqamət üzrə işləyəcək.

Əsas istiqamətlər enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılardır.

Eyni zamanda süni intellekt və rəqəmsal infrastrukturun da daxil olduğu iqtisadi sərmayə da əsas istiqamət olaraq nəzərdə tutulur.

Digər istiqamət isə müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıqdır.

Yaradılacaq Strateji İşçi Qrupu regional bağlantılar infrastrukturunun və enerji sahəsində sərmayələrinin genişləndirilməsi, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın irəlilədilməsi, həmçinin süni intellektin inkişafı kimi vacib məsələlərlə məşğul olacaq.

ABŞ-Azərbaycan strateji tərəfdaşlığı ABŞ texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, ABŞ-ın iqtisadi fəallığı deməkdir.

Birgə Bəyannamədə nələr var?

Səfər çərçivəsində Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Vaşinqton görüşünün nəticəsi olaraq Birgə Bəyannamə imzalanacağı gözlənilir.

Məlumata görə, Birgə Bəyannamədə Minsk Qrupunun ləğv edilməsi üçün ATƏT-in Baş Katibinə birgə müraciət ediləcəyi təsdiqlənir.

Избранный
21
34
aznews.az

10Источники