RU

Cəlalın komandası Konfrans Liqasında qələbə qazandı

Cəlal Hüseynovun çıxış etdiyi "Arda" Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununu qələbə ilə başa vurub.

"Football-plus.az" xəbər verir ki, Boqlarıstan təmsilçisi səfərdə Litvanın "Kauno Jalqiris" komandasının qonağı olub.

Görüş Cəlalın komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 53-cü dəqiqədə Antonio Vutov vurub. Start heyətində yer alan Hüseynov matçı əvəzolunmadan keçirib. Yığmamızın futbolçusu 23-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 14-də Bolqarıstanda keçiriləcək.

Избранный
65
50
football-plus.az

10Источники