RU

Qadın sürücü Qalkini maşınla vurdu

Rusiyalı şoumen Maksim Qalkini Latviyada maşın vurub.

"Unikal" xəbər verir ki, ilkin məlumata görə, hadisə 3 gün əvvəl şoumen velosiped sürərkən baş verib. “Volkswagen” markalı avtomobil ona çırpılıb. Bildirilib ki, maşını qadın sürücü idarə edib. Qalkin qolundan xəsarət alıb. Avtomobilin qırılan şüşəsi onun qolundakı damarı və vətərləri kəsib.

Bu səbəbdən Qalkin son konsertində səhnəyə qolu sarğılı çıxıb.

Избранный
12
unikal.az

1Источники