RU

Konfrans Liqası: "Araz-Naxçıvan" ilk oyunda dörd cavabsız qolla məğlub olub

"Araz-Naxçıvan" UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda məğlub olub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda Bakıda Kiprin "Omoniya" kollektivini qəbul edib.

"Dalğa Arena"dakı qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 4:0.

Qonaqların heyətində Loizos Loizu 13 və 22-ci dəqiqələrdə fərqlənib. 55-ci dəqiqədə Evandro, 58-ci dəqiqədə 58-ci dəqiqədə Stefan Yovetiç adını tabloya yazdırıb.

Cavab görüşü avqustun 14-də Nikosiyada keçiriləcək.

Qeyd edək ki, cütün qalibi pley-offda PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) duelinin məğlubu ilə görüşəcək.

***

Bakıda "Araz-Naxçıvan" və Kiprin "Omoniya" komandaları arasında keçiriləcən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda dördüncü qol vurulub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu dəfə də qonaqlar sevinən tərəf olublar.

58-ci dəqiqədə Stefan Yovetiç fərdi daha da artırıb - 4:0.

***21:16

Bakıda "Araz-Naxçıvan" və Kiprin "Omoniya" komandaları arasında keçiriləcən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda üçüncü qol vurulub

***21:05

Bakıda "Araz-Naxçıvan" və Kiprin "Omoniya" komandaları arasında keçiriləcən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki,qonaqlar hazırda 2:0 hesabı ilə öndədirlər.

Loizos Loizu 13 və 22-ci dəqiqələrdə fərqlənib.

***20:57

Bakıda "Araz-Naxçıvan" və Kiprin "Omoniya" komandaları arasında keçiriləcən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, qonaqlar fasiləyə 2:0 hesabı ilə öndə yollanıblar.

Loizos Loizu 13 və 22-ci dəqiqələrdə fərqlənib.

***20:30

Bakıda "Araz-Naxçıvan" və Kiprin "Omoniya" komandaları arasında keçiriləcən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda növbəti qol vurulub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki,  qonaqlar fərqi daha da artırıblar - 2:0.

Loizos Loizu 22-ci dəqiqədə dubl edib.

***20:17

Bakıda "Araz-Naxçıvan" və Kiprin "Omoniya" komandaları arasında keçiriləcən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.

Matçda ilk qolu qonaqlar vurublar.

***20:01

Bakıda "Araz-Naxçıvan" və Kiprin "Omoniya" komandaları arasında keçiriləcən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu başlayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Dalğa Arena"dakı matç Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

Qarşılaşmanı çexiyalı FIFA referisi Andrjey Berka idarə edir.

Qeyd edək ki, cütün qalibi pley-offda PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) duelinin məğlubu ilə görüşəcək.

Избранный
114
34
far.az

10Источники