RU

Tovuzda 11 yaşlı qıza zorakılıq edilib? - DİN-dən açıqlama

Tovuz rayonunda azyaşlıya qarşı törədildiyi iddia olunan hüquqazidd hərəkətlərlə bağlı yayılan məlumatlar nəzarətə götürülüb.

Bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə Regional qrupunun inspektoru polis mayoru Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, iddialar üzrə prosessual araşdırmalara başlanılıb. Müvafiq ekspertizalar təyin olunub, bütün hallar araşdırma predmetidir. Araşdırmanın nəticəsi ilə bağlı əlavə məlumat veriləcəkdir.

Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu sorğumuza cavabda bildirib ki, hadisə ilə bağlı Tovuz Rayon Polis İdarəsi ilə əlaqə saxlayaraq məlumat alıblar.

“Tovuz Rayon Polis İdarəsindən belə bir hadisənin baş verdiyini təsdiqlədlədilər. Sabah aidiyyatı qurumlarla əlaqə saxlanılaraq məsələ araşdırılacaq”, deyə Komitə sözçüsü bildirib.

Qeyd edək ki, jurnalist Arifə Əliyeva öz sosial şəbəkə hesabında bir neçə gün öncə Tovuz rayonunda 11 yaşlı qız uşağına qarşı 25 yaşlı həmkəndlisi tərəfindən  mütəmadi olaraq seksual hərəkətlər olunduğu barədə paylaşım edib. 

Избранный
32
11
olke.az

10Источники