UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu üzrə bu gün "Araz-Naxçıvan" "Omoniya" ilə qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, görüş saat 20:00-da, Mərdəkanda, "Dalğa Arena"da baş tutub. Matçın baş hakimi çexiyalı Andrjey Berka idi.
"Araz-Naxçıvan" UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda məğlub olub.
Təmsilçimiz əvvəlki raundda "Aris"i, "Omoniya" isə "Torpedo" (Kutaisi) komandasını mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, cavab oyunu bir həftə sonra Kiprdə keçiriləcək. Cütün qalibi pley-offda PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) cütünün məğlubu ilə görüşəcək.
UEFA Konfrans Liqası, III təsnifat mərhələsi
ilk oyun
20:00. "Araz Naxçıvan" - "Omoniya" (Kipr) 0:4 (İkinci hissə)
Qollar: Loizos Loizou, 13. 22. Evandro, 55. Stefan Yovetiç, 58.
Baş hakim: Andrjey Berka
Mərdəkan, "Dalğa Arena"
Araz-Naxçıvan – Omoniya (Kipr) - Heyətlər:
"Araz-Naxçıvan": 12. Kristian Avram, 77. Bruno Aleksandre, 3. Bəxtiyar Həsənalızadə, 17. İssuf Paro, 34. Ürfan Abbasov (k), 6. Patrik Andrade, 29. Vanderson Melo, Şarl Boli, 10. Felipe Santos, 19. Bar Kohen, 11. Ba-Muaka Simakala
Baş məşqçi: Elmar Baxşıyev
"Omoniya": 40. Fabiano, 3. Fotios Kitsos, 5. Senu Kulibali, 7. Villi Semedo, 8. Stefan Yovetiç, 11. Evandro, 14. Mateo Mariç, 21. İonnis Masuras, 30. Nikolas Panaqiotu, 31. İonnis Kussulos, 75. Laizos Laizu
Baş məşqçi: Henninq Berq