RU

Putin və Tramp qərar verdi, Kreml elan etdi – Zelenskiyə pis xəbər

  ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında yaxın günlərdə görüşün keçirilməsi üçün razılıq əldə olunub. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bununla bağlı məlumatı jurnalistlərə açıqlamasında təsdiqləyib.

Putinin köməkçisi artıq görüş yerinin razılaşdırıldığını və hazırlıqların başladığını bildirib. Lakin təfərrüatları açıqlamayıb.

Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova bildirib ki, bu görüşün baş tutması bir müddətdir gözlənilirdi:

“Ukrayna Prezidenti Volodimir Zelenski üçtərəfli görüşün keçirilməsi, atəşkəsin əldə olunması və müharibənin dayandırılması üçün vacib addımların atılmasını istəyirdi. İki böyük dövlətin liderlərinin belə bir görüş keçirməsi ciddi hazırlıq tələb edir.
 
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun ötən gün Rusiya Prezidenti Vladimir Putinlə bir araya gəlməsi və Trampın son bəyanatları görüşün tezliklə baş tutmasına olan ümidləri azaltsa da, proses hələ tam dayanmayıb.

Rusiyanın mövqeyində əsaslı dəyişikliklərin olduğunu düşünmürəm. İndiyə qədər səsləndirilən bütün tələblər qüvvədə qalır.

Artıq üç ildir sanksiyalarla üzləşən Moskva, qarşıdakı bir neçə gün ərzində nə baş verəcəyini yaxşı anlayır. Rusiya nefti və qazının ucuz olması digər ölkələrin tələbatını artırır ki, bu da ABŞ-ın əsas narahatlıq mənbəyidir”.  

Избранный
34
47
referans.az

10Источники