RU

Vitor Feyjao “Kəpəz”də!

2025/2026-cı illər mövsümünə hazırlığı davam etdirən “Kəpəz” heyətini yeni futbolçu – Vitor Feyjao ilə gücləndirib.

Arena.az bu barədə Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Braziliyalı cinah yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

Vitor Feyjaonun sonuncu iş yeri Avstraliyanın “Sentral Kost Mariners” klubu olub. 29 yaşlı sol vinger 2024-cü ilin yayında qoşulduğu bu komandanın heyətində 26 oyuna 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Feyjao karyerası ərzində “Parana”, “Jakupiense”, “Krisiuma”, “Seara”, “Quarani”, “Fiqeyrense”, “Paysando”, “Boavişta”, “Kukesii”, “Şaxtyor” (Soliqorsk), “Londrina”, “Kaşias” kimi klubların da formasını geyinib.

“Kəpəz” daha öncə Şakir Seyidov, Pedro Qomes, Adama Fofana, Məqsəd İsayev, Otar Aptsiauri, Katsper Rosa, Fərid Nəbiyev və Olavale Onanuqanı da heyətinə qatmışdı.

Trent Buhaqyar, Yeqor Xvalko, Rati Ardazişvili, Kərim Lkuça, Dioqo Verdaska, Rojerio Santos, Valdemar Almeyda, Tural Rzayev, Turan Manafov, Nicat Süleymanov, Camal Cəfərov, Rauf Hüseynli, Nemət Musayev, Şervoni Mabatşoev və İlkin Qırtımov komandanı tərk ediblər.

Mahamadu Ba, Paçu Lira və Ehtiram Şahverdiyevlə də yeni müqavilə imzalanıb.

Избранный
13
arena.az

1Источники