RU

FETÖ-nün məxfi əməkdaşı qaçmağa hazırlaşarkən yaxalandı

Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) Manisada keçirdiyi əməliyyatda FETÖ-nün məxfi əməkdaşı Hakan Kahraman ölkədən qaçmağa hazırlaşarkən yaxalanıb.

"Unikal" xəbər verir ki, bu barədə təhlükəsizlik mənbələrindən TRT-yə bildirilib.

MİT İzmir Respublika Baş Prokurorluğu və Manisa Polis İdarəsi ilə birgə əməliyyat keçirərək FETÖ-nün gizli təşkilatında yüksək vəzifə tutan Kahramanı ələ keçirib.

Kahramanın əvvəllər məhkum olunduğu və axtarışda olduğu bildirilib.

Избранный
73
4
unikal.az

10Источники