RU

“Nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququ qorunmalıdır” Çin rəsmisi

ain.az, 525.az portalına istinadən məlumat verir.

“Kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması məqsədinə nail olarkən nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququ qorunmalıdır”.

525.az xəbər verir ki, bu barədə Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qen Şuan təşkilatın Təhlükəsizlik Şurasının kütləvi qırğın silahlarının yayılmamasına həsr olunmuş iclasında bildirib.

Onun sözlərinə görə, bütün ölkələrin elmi-texniki tərəqqinin bəhrələrindən istifadə etmək hüququ var.

Diplomat əlavə edib ki, nüvə silahının yayılmaması məqsədlərinə nail olmaq üçün beynəlxalq ictimaiyyət inkişaf etməkdə olan ölkələrin nüvə enerjisindən dinc məqsədlərlə istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmalı və bu sahədə beynəlxalq əməkdaşlığı inkişaf etdirmək öhdəliyini üzərinə götürməlidir.

“Nüvə silahının yayılmaması qlobal təhlükəsizlik idarəçiliyi məsələsidir, çoxtərəfliliyə və geniş beynəlxalq iştiraka əsaslanan qlobal həllər tələb edir. Beynəlxalq ictimaiyyət ümumi, hərtərəfli əməkdaşlıq və davamlı təhlükəsizlik konsepsiyasına riayət etməli, regional və beynəlxalq təhlükəsizlik üçün əlverişli şərait yaratmalı, bütün ölkələrin qanuni təhlükəsizlik maraqlarını nəzərə almalı, bu silahların yayılmasının əsas amillərini aradan qaldırmalı və ümumi təhlükəsizliyi təmin etməlidir", - Qen Şuan vurğulayıb.

Əlavə edib ki, Çin kütləvi qırğın silahlarının yayılmasının qəti əleyhinədir, qlobal yayılmama rejiminə və BMT Təhlükəsizlik Şurasının 1540 saylı qətnaməsinin həyata keçirilməsinə böyük əhəmiyyət verir. Eyni zamanda, bu sahədə beynəlxalq əməkdaşlığı fəal şəkildə inkişaf etdirir.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
13
1
525.az

2Источники