RU

Güzgüyə baxmadan maşının qapısını açan sürücü qəza törətdi ANBAAN VİDEO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsində qayda pozan sürücü qəzaya səbıb olub.

Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 4-də səhər saatlarında qeydə alınıb. Kadrdan da göründüyü kimi, 57-CJ-467 dövlət nömrə nişanlı “Ravon” markalı avtomobilin sürücüsü dayanma-durma qaydasını pozub. O, maşını dayanma-durma nişanının yanında park edib. Bununla kifayətlənməyən sürücü daha bir qaydanı pozub. Belə ki, o, güzgüyə baxmadan avtomobilin qapısını açıb. Nəticədə maşının qapısı hərəkətdə olan digər maşına dəyib. 

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
23
avtosfer.az

1Источники