RU

“Kəpəz”in Qəbələdə oynayacağı dəqiqləşdi

futbolpress-az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Misli Premyer Liqasının 2025/2026-cı illər mövsümündə “Kəpəz” ilk ev oyunlarını Qəbələdə keçirəcək.

Futbolpress.az xəbər verir ki, Gəncə şəhər stadionunun inşasının davam etməsi səbəbindən “sarı-göylər” doğma şəhərdən kənarda oynamalı olacaqlar.

Gəncə şəhər stadionu matçların keçirilməsi üçün tam hazır vəziyyətə gətirildikdən sonra “Kəpəz” rəqiblərini Nizami yurdunda qəbul edəcək.

Əvəzedici komanda isə ötən mövsümlərdə olduğu kimi klubun Məşq Mərkəzindəki ehtiyat meydanda oynayacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
25
50
futbolpress.az

10Источники