Somalinin paytaxtı Moqadişuda qətl və sui-qəsd cinayətlərinə görə ölüm cəzasına məhkum edilən 3 Əş-Şəbab terrorçusunun cəzası icra edilib.
"Cebheinfo.az" xəbər verir ki, Somali Milli Televiziyasının (SNTV) xəbərinə görə, hərbi məhkəmə Aşağı Şabel bölgəsində qətl törətməkdə və sui-qəsdlər təşkil etməkdə təqsirli bilinən 3 Əş-Şəbab terrorçusu barəsində edam qərarı çıxarıb.
Əş-Şəbab terrorçuları Moqadişuda güllələnərək edam edilib.
Terrorçuların Qudama Həmzə Yusuf, Abdi Həsən Roble və İbrahim Omar Şama olduğu açıqlanıb.
Prezident Həsən Şeyx Mahmudun 2022-ci ildə vəzifəyə gəlməsindən sonra terrorla mübarizə çərçivəsində Əş-Şəbaba qarşı başladılan genişmiqyaslı əməliyyatlar davam edir.
Əş-Şəbab terror təşkilatı 15 ildən artıqdır ki, Somalidə mülki şəxsləri və təhlükəsizlik qüvvələrini hədəf alan hücumlar həyata keçirir. Təşkilatın fəaliyyətləri ölkədəki təhlükəsizlik mühitinə mənfi təsir göstərməyə davam edir.