RU

Ehsan verilməsi dayandırılan rayonlar – SİYAHI

Son zamanlar cəmiyyətdə geniş müzakirə olunan məsələlərdən biri də yas mərasimlərində ehsan verilməsidir. 

Məhz bu müzakirələrin fonunda Azərbaycanın bir sıra rayon və kəndlərində yas mərasimlərində ehsan verilməsi dayandırılıb. 

Qərarın əsas məqsədi mərasimləri israfçılıqdan uzaqlaşdırmaq, sosial bərabərliyi qorumaq və ailələrin əlavə maddi yük altına düşməsinin qarşısını almaqdır.

Yerli icra hakimiyyətlərinin, din xadimlərinin və ağsaqqalların iştirakı ilə qəbul olunan bu qərara əsasən, yas mərasimlərində yalnız çay süfrəsi verilməsi tövsiyə olunur.

"Cebheinfo.az" yas mərasimlərində ehsan süfrəsinin ləğv edildiyi rayonları sıralayıb.

*Belə ki, Ağsu rayonunda ehsan süfrəsinin ləğvi ilə bağlı təşəbbüs 2023-cü ilin dekabr ayında rayonun icra hakimiyyətinin başçısı Rövşən Bağırov tərəfindən başlanmışdır. 

*Biləsuvar rayonu və kəndlərində də yas mərasimlərində ehsan verilməsi dayandırılıb.

*Sabirabad şəhəri və kəndlərində yas mərasimlərində dəbdəbəli ehsan süfrələrinin təşkilinə son verilib.

*Saatlı rayonu və kəndlərində də yas mərasimlərində ehsan verilməsi ləvğ edilib. 

*Bundan başqa, Samux, Şamaxı, Balakən rayonları və Naxçıvanın Mahmudkənd kəndində də yas mərasimlərində ehsan verilməsinin dayandırıldığı bildirilir.

Qeyd edək ki, rayonlarda ehsan süfrələrinin təşkili dayandırılsa da, paytaxt Bakı şəhərində bu ənənə hələ də davam etdirilir və bir çox hallarda dəbdəbəli süfrələr qurulur.

Bakıda yas mərasimlərində yalnız çay süfrəsi ilə kifayətlənmək hər zaman mümkün olmur. Çünki bəzən uzaqdan gələn qohumların olması səbəbindən əlavə yemək də təqdim edilir.

Bakı şəhərində isə bu cür yerli birliklər zəifdir və vahid bir qərarverici orqan yoxdur. Bəzi hallarda isə yasda ehsan vermək həm dini borc, həm də adət-ənənənin vacib bir hissəsi kimi dəyərləndirilir.

Избранный
6
1
cebheinfo.az

2Источники