RU

Bu ölkədə sel fəlakəti: 1884-cü ildən bəri belə şey olmamışdı

Çinin cənubundakı Quandun əyalətində leysan yağışlar daşqınlara səbəb olub.

Gundem.az xəbər verir ki, bölgədə dörd çayın daşması nəticəsində küçələr su altında qalıb.

Fəlakət zonasından 7500-dən çox insan təxliyə edilib. Baiyun hava limanında 363 reys ləğv edilib, 311 reys gecikib.

Güclü yağışlar Honq-Konqa da təsir edib. Şəhərdə bir xəstəxananı su basıb, təcili yardım otağı saatlarla fəaliyyət göstərə bilməyib. Bildirilib ki, yağıntıların cümə günü zəifləyəcəyi gözlənilir.

Qeyd edək ki, bu, 1884-cü ildən bəri qeydə alınan ən güclü avqust yağışı kimi qiymətləndirilir. /Publika.az

Избранный
47
1
gundem.az

2Источники