ain.az, Avtosfer portalına istinadən məlumat yayır.
Paytaxtın Qaradağ rayonu, “Sədərək” Ticarət Mərkəzinin yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza avqustun 6-da günorta saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 77-VD-914 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil yoldan çıxaraq dərəyə düşüb. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub. Hadisə zamanı nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən qadın sürücü və avtomobildə olan sərnişin xəsarət almayıb.
Qeyd edək ki, qəzalı maşın bir müddət sonra ərazidən kənarlaşdırılıb.
Nərmin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.